Şomurodov ayın “ən yaxşı”sı seçildi
Eldor Şomurodov azarkeşlər arasında keçirilən sorğuya əsasən, “Roma” klubunun aprel ayında ən yaxşı futbolçusu seçilib.
TodayPress xəbər verir ki, özbəkistanlı futbolçu səsvermədə argentinalı Matias Sule və qapıçı Mile Sviları qabaqlayıb.
Şomurodov cari mövsümdə artıq ikinci mükafatını qazanıb.
O, fevralda da “Roma” klubunun heyətində ayın ən yaxşı oyunçusu seçilmişdi.
Qeyd edək ki, forvard apreldə dörd oyunda iki qol vurub və bir məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Roma,Eldor Şomurodov,Ən Yaxşı,Futbolçu,Todaypress.az,