“Soçi”nin müdafiəçisi “Sevilya” ilə müqavilə imzaladı
"Soçi"nin
müdafiəçisi Vanya Drkusiç "Sevilya" ilə müqavilə imzalayıb.
TodayPress
xəbər verir ki, bu barədə “Championship” məlumat yayıb.
Belə
ki, "Sevilya" futbolçuya 3,5 milyon təklif edib.
Qeyd
edək ki, Drkusiç 2022-ci ilin yanvarında Soçiyə transfer olub. Sloveniyalı
futbolçunun Rusiya klubu ilə müqaviləsi 2025-ci il iyunun 30-na kimi nəzərdə
tutulub. “Transfermarkt” portalı 24 yaşlı futbolçunun dəyərini 2,8 milyon avro
olaraq qiymətləndirib.
Töhfə Səməd
tag: Soçi,Futbol,Sevilya,Championship,Vanya Drkusiç,todaypress.az,