Snoubordçu qar uçqununda həlak oldu

İdman

25.12.2024 11:13

2053

İsveçrəli snoubordçu Sofi Hediqer qar uçqununda həlak olub.

TodayPress İsveçrə Xizək Federasiyasına istinadən xəbər verir ki, faciəvi hadisə İsveçrənin Aroza şəhərində baş verib.

Qeyd edək ki, 26 yaşlı idmançı 2008-ci il Pekin Olimpiadasının iştirakçısı olub. Sofi Hediqer 2023-cü il Qış Universiadasında snoubordun  kross növündə qızıl medal qazanıb.

Namiq HUN

tag: İsveçrə, Hadisə ,Faciə, Qış, todaypress.az,