Snayperlərimiz Avropa çempionatında hədəf önünə keçəcək
İdman
03.02.2025 15:00
Güllə atıcılığı üzrə gənclərdən ibarət Azərbaycan yığma komandasının Avropa çempionatı üçün heyəti açıqlanıb.
TodayPress xəbər verir ki, yığmamızın 6 snayperi 10 m məsafədən atəş açmaq üzrə martin 1-7-də Xorvatiyanın Osiyek şəhərində keçiriləcək yarışa sifariş edilib.
Pnevmatik tapançadan atəş açmaq yarışında Xalidə Əliyeva, Leyli Əliyeva, Sofya Barkalova, Əminə Ömərova, Vladislav Kalmıkov, İmran Qarayev və Hacı Musayev Osiyekdə hədəf önünə keçəcək.
Namiq HUN
tag: Güllə,Yığma,Avropa,Çempionat,Todaypress.az,