Snayperlər Ruşda Azərbaycanı təmsil edəcəklər
İdman
06.01.2025 19:00
Güllə atıcılığı üzrə Sloveniyada keçiriləcək Qran-pridə Azərbaycanı təmsil edəcək idmançılar müəyyənləşib.
TodayPress Atıcılıq Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, ölkəmiz Ruş şəhərində keçiriləcək güllə atıcılığı üzrə ISSF Qran-prisində 6 idmançı ilə təmsil olunacaq.
Yarışda Ruslan Lunyov, Ramiz Xəlilov, Nigar Nəsirova, Üzeyir Tapdıqlı, Xanna Əliyeva və Vladislav Kalmıkov iştirak edəcək.
Snayperlər çempionatda 10 metr məsafədən pnevmatik tapança və tüfəngdən atəş kateqoriyaları üzrə qələbə uğrunda mübarizə aparacaqlar.
ISSF Qran-prisi yanvarın 7-12-si aralığında baş tutacaq.
Namiq HUN
tag: Snayper, Tapança ,Pnevmatik,