Sloveniyadan qələbəyə bərabər heç-heçə
İdman
26.06.2024 01:24
Futbol üzrə Avropa çempionatının C qrupunda III turun oyunları keçirilib. Son turun nəticəsindən sonra Sloveniya millisi qrup üçüncüsü kimi 1/8 final mərhələsinə yüksəlib.
TodayPress xəbər verir ki, Kölndə baş tutan İngiltərə - Sloveniya və Münhendə bir araya gələn Danimarka və Serbiya komandalarının son tur matçlarında qapılara qol vurulmayıb.
Bu nəticələrdən sonra İngiltərə qrup qalibi kimi 1/8 finala yüksəlib. Hesabında 3 heç-heçə olan Danimarka və Sloveniya milliləri isə ilk üçlüyü təşkil ediblər. Hər iki komanda pley-offa vəsiqəni təmin edib.
Namiq HUNtag: Sloveniya, Avropa çempionatı,İngiltərə, Danimarka, todaypress.az,