Sloveniya-Danimarka matçında qalib müəyyənləşmədi
İdman
17.06.2024 10:34
Almaniyada Avro-2024 həyəcanı davam edir. Növbəti yarış günü Ştutqartdakı “Mersedes-Bents-Arena”da Sloveniya və Danimarka milliləri arasında C qrupunun 1-ci tur oyunu keçirilib.
TodayPress xəbər verir ki, qarşılaşmada hesabı 17-ci dəqiqədə Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen açıb. O, Avro-2020 turnirində ürək tutmasından sonra ilk avro matçında qol vurub. Xatırladaq ki, insident 2021-ci ilin yayında 2020-ci il Avropa çempionatında Danimarka və Finlandiya milliləri arasında keçirilən oyunda (0:1) baş verib.
Amma Danimarka millisi hesabdakı üstünlüyünü sonadək qoruya bilməyib. 77-ci dəqiqədə Sloveniya millisinin müdafiəçisi Erik Yanja hesabı bərabərləşdirib 1:1.
Qeyd edək ki, Avro-2024-də Sloveniya və Danimarka millilərinin qrup mərhələsindəki rəqibləri Serbiya yığması ilə əvvəlki Avro-2020-nin finalçısı İngiltərə yığmasıdır.
Namiq HUN
tag: Sloveniya, Danimarka, Almaniya, Avro 2024, Milli, todaypress.az,