Slovakiya yığmasının dörd futbolçusu heyətdən çıxarılıb.

İdman

14.10.2024 17:59

2883

Slovakiya yığma komandasının dörd futbolçusu Azərbaycanla UEFA Millətlər Liqasının qrup mərhələsinin IV turunun matçında meydana çıxmayacaq.

TodayPress xəbər verir ki, qonaq komandaya müdafiəçilər Denis Vavro, Adam Obert, Timoti Qranika və yarımmüdafiəçi Matuş Bero kömək edə bilməyəcək. 

Vavro cəzalı durumda olduğu üçün görüşü buraxacaq. 

Digər üç futbolçu isə Slovakiya millisinin baş məşqçisi Françesko Kaltsonanın qərarı ilə heyətə daxil edilməyib.

Namiq HUN

tag: Slovakiya , Françesko Kaltsona ,Azərbaycan ,UEFA,Millətlər Liqası ,todaypress.az,