Slott 10 qələbə rekordunu təkrarladı

İdman

25.11.2024 10:49

“Liverpul” Premyer Liqanın XII turunun səfər matçında “Sauthempton” üzərində əzmkar qələbə qazanıb 3:2. 

TodayPress xəbər verir ki, “qırmızılar”ın baş məşqçisi Arne Slott, Premyer Liqada ən qısa müddətdə qazanılan 10 qələbə rekordunu təkrarlayıb.

On iki turun nəticəsinə əsasən, “Liverpul”un 10 qələbəsi, 1 heç-heçəsi və 1 məğlubiyyəti var. 

Slottdan əvvəl Quus Hiddink və Karlo Ançelotti Premyer Liqada 10 qələbəni 12 matçda əldə ediblər.

Aktivində 31 xal olan “Liverpul” ikinci pillədəki “Mançester Siti”ni artıq 8 xal üstələyir. 

Namiq HUN

tag: Slot, Rekord, Qələbə, Liverpul, Ançelotti,todaypress.az,