Slot Salahın ittihamına cavab verdi

İdman

27.11.2024 11:51

“Liverpul”un baş məşqçisi Arne Slot Məhəmməd Salahın müqaviləsi ilə bağlı vəziyyəti şərh edib.

TodayPress BBC-yə istinadən xəbər verir ki, misirli futbolçu yeni müqavilə təklifinin olmamasından məyus olduğunu bildirib.

“Mənə Salahın sözlərini dedilər, amma onunla razı deyiləm. Mənim fərqli baxış bucağım var. Klub danışıqların təfərrüatlarını açıqlamır, daha doğrusu, bu barədə şərh verə bilmərəm.

Salah meydançaya çıxır və yaxşı oyun göstərir. Biz ona arxalanırıq.

Düşünmürəm ki, bu, diqqəti yayındırmalıdır. O, “Sauthempton”a qarşı çox yaxşı oynadı. Salah məşqdə işləyir və bütün diqqətini komandaya yönəldir. O, “Real Madrid”lə oyuna hazırlaşır. Hər şey qaydasındadır”.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının V turu çərçivəsində “Liverpul” “Real Madrid”lə qarşılaşacaq.

Namiq HUN

tag: Salah, Real Madrid, UEFA, Liqa,Liverpul, todaypress.az,