Slot: “Qvardiolanın komandalarının oyununu izləməyi xoşlayıram”

İdman

30.11.2024 17:26

“Liverpul”un baş məşqçisi Arne Slot “Mançester Siti”dəki həmkarı Pep Qvardiola ilə bağlı etiraf edib. 

TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı, ispaniyalı həmkarının komandalarının oyununu izləməyi xoşladığını bildirib:

“Futbolda az adam var ki, onların komandalarının oyunlarına baxanda sıxılmırsan. “Barselona”, “Bavariya” və ya “Mançester Siti”nin oyunu futbolu sevən hər kəs üçün maraqlıdır. Buna görə də, Qvardiolanın komandalarının oyununu izləməyi xoşlayıram”.

“Liverpul” Premyer Liqanın dekabrın 1-də baş tutacaq XIII turunun oyununda “Mançester Siti”ni qəbul edəcək.

Namiq HUN

tag: Liverpul, Arne Slot, Mançester Siti, Pep Qvardiola, Niderland, todaypress.az,