Slot iki oyunluq diskvalifikasiya edildi
“Liverpul” futbol klubunun baş məşqçisi Arne Slot iki oyunluq diskvalifikasiya edilib.
TodayPress İngiltərə Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, səbəb mütəxəssisin Premyer Liqada “Everton”la XV turdan təxirə salınmış matçdan (2:2) sonra hakimlərə qarşı qeyri-adekvat davranışı və təhqiredici ifadələr səsləndirməsi olub.
Qurum, həmçinin niderlandlı çalışdırıcını 80 min avro cərimələyib.
Namiq HUN
tag: Liverpul, Klub ,Liqa, Derbi ,todaypress.az,