Slot derbidəki davranışına görə üzr istədi
“Liverpul” klubunun baş məşqçisi Arne Slot Premyer Liqada “Everton”la matçda (2:2) etdiyi hərəkətə görə üzr istəyib.
TodayPress xəbər verir ki, Slot oyuna əlavə edilmiş vaxtdan narazı qaldığından hakimə sərt etiraz edib.
Buna görə qırımızı vərəqə alan niderlandlı mütəxəssis hakimi söyüb.
“Emosiyalar məni üstələyirdi, etiraf edirəm. Geri dönə bilsəydim, hər şeyi başqa cür edərdim. Ümid edirəm ki, gələcəkdə özümü fərqli aparacağam. Səhv etdim, üzr istəyirəm” Slot deyib.
Namiq HUN
tag: Liverpul,Baş məşqçi,Arne Slot,Premyer Liqa,Everton,todaypress.az,