Slot da bunu bacardı

İdman

22.01.2025 11:35

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VII turunun “Liverpul” - “Lill” (2:1) matçı mersisaydlıların baş məşqçisi Arne Slot üçün əlamətdar olub. 

TodayPress “Opta”ya istinadən xəbər verir ki, qələbə “qırmızılar”ın çalışdırıcısı üçün turnirdə ardıcıl 7-ci qalibiyyət olub. 

Niderlandlı mütəxəssis tarixdə yeni komanda ilə bu uğura nail olan ikinci məşqçidir.

Bunu ilk dəfə Hansi Flik bacarıb. O, “Bayern”ə rəhbərlik etdiyi dönəmdə naliyyətə imza atıb.


Namiq HUN

tag: İdman,Futbol,Çempionlar Liqa,Liverpul,Lill,