Skaloni səhhətindəki problemə görə jurnalistlərlə görüşmədi
İdman
20.11.2024 18:50
Argentina millisinin baş məşqçisi Lionel Skaloni dünya çempionatının seçmə mərhələsinin XII turunda Peruya qalib gəldikləri oyundan sonra mətbuat konfransında iştirak etməyib.
TodayPress xəbər verir ki, mütəxəssis mədəsində problem olduğu üçün jurnalistlərin qarşısına çıxmayıb.
Hazırda 46 yaşlı çalışdırıcının özünü yaxşı hiss etdiyi bildirilib.
Qeyd edək ki, qarşılaşma Argentina millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Namiq HUN
tag: Argentina ,Lionel Skaloni,Peru,todaypress.az,