Siyasət Əsgərov: “Qızlar xarakter və istək göstərdilər”

İdman

05.04.2025 09:10

2740

Futbol üzrə qadınlardan ibarət Azərbaycan yığma komandası UEFA Millətlər Liqasında ikinci oyununu keçirib.   

TodayPress xəbər verir ki, millimiz səfərdə Litva yığmasına 2:0 hesabı ilə qalib gəlib. 

Azərbaycan yığma komandasının baş məşqçisi Siyasət Əsgərov UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Litva yığması ilə keçirilən oyundan sonra AFFA-nın mətbuat xidmətinə açıqlama verib. 

“Rəqibin zəif və güclü cəhətlərini bilirdik. Meydanda hər şeyi düzgün etdiyi üçün komandamıza təşəkkür edirəm. Qızlar xarakter və istək göstərməklə yanaşı, gözəl futbol oynadılar. Məqsədimiz qol buraxmadan qələbə qazanmaq idi ki, bunu reallaşdırdıq. Bu qalibiyyət münasibətilə Azərbaycan xalqını təbrik edirəm. Bizi indi Monteneqroya qarşı çox vacib səfər oyunu gözləyir. Həmin matçdan da maksimum nəticə ilə qayıtmağa çalışacağıq”. 

Qeyd edək ki, C Liqasının 4-cü qrupunda yer alan millimiz növbəti oyununu aprelin 8-də səfərdə Monteneqro komandasına qarşı keçirəcək.

Turnirin ilk oyununda yığmamız evdə Monteneqro komandası ilə heç-heçə edib (0:0).   

Namiq HUN

tag: Siyasət Əsgərov,AFFA,Məşqçi,Futbol,Todaypress.az,