“Siti”nin ulduzları sıraya döndü

İdman

22.11.2024 09:26

“Mançester Siti”nin 4 futbolçusu Premyer Liqanın XII turunun oyunu öncəsi komanda ilə məşqlərə başlayıb.

TodayPress klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bir müddətdir zədəli olan Kevin De Bruyne, Con Stounz, Cek Qriliş və Manuel Akanji yenidən heyətdə yer alacaqlar. 

Qeyd edək ki, “Mançester Siti” Premyer Liqada növbəti matçını noyabrın 23-də “Tottenhem”ə qarşı keçirəcək. 

Namiq HUN

tag: Mançester Siti, Liqa, Tottenhem, Cek Qriliş, todaypress.az,