“Siti” “Yunayted”in xahişini qəbul etmədi

İdman

26.10.2024 18:05

“Mançester Yunayted” “Mançester Siti”dən futbolçuları Alehandro Qarnaço və Kobbi Maynı “Qızıl top”un təqdimetmə mərasiminin keçiriləcəyi Parisə təyyarə ilə aparmağı xahiş edib.

TodayPress "Daily Mail"ə istinadən xəbər verir ki, “Qırmızı şeytanlar” klubun hazırda xərclərin optimallaşdırılması mərhələsində olduğu üçün belə addım atıb.  

"Mançester Yunayted" əlavə xərclərə yol verməmək üçün futbolçularını xüsusi təyyarə ilə göndərmək istəməyib. 

“Mançester Siti” isə şəxsi təyyarəsində yer qalmadığı üçün “Mançester Yunayted”in tələbini rədd edib.

Xatırladaq ki, Alehandro Qarnaço və Kobbi Maynu ən yaxşı gənc futbolçu mükafatına namizədlər siyahısındadırlar.

Namiq HUN

tag: Mançester Siti, Mançester Yunayted,Alehandro Qarnaço,Kobbi Maynu, todaypress.az,