Sinqo zədələdiyi rəqibindən üzr istədi

İdman

19.12.2024 13:45

"Monako" futbol klubunun müdafiəçisi Vilfrid Sinqo PSJ-nin qapıçısı Canluici Donnarummanı zədələdiyi üçün üzr istəyib.

TodayPress "RMC Sport"a istinadən xəbər verir ki, hadisə Fransa Liqa 1-in XVI turunda baş verib. 

Sinqo ilə toqquşmadan sonra qolkper üzündən ciddi zədə alıb. Onun yarasına tikişlər qoyulub.

Müdafiəçi rəqibini bilərəkdən zədələmədiyini söyləyib və onun tezliklə sağalmasını arzulayıb.

Qeyd edək ki, "Monako" - PSJ görüşü paris təmsilçisinin  4:2 hesablı qələbəsi ilə başa çatıb.

Namiq HUN

tag: Fransa ,Müdafiə, Rəqib, Zədə, PSJ ,todaypress.az,