Sinqapurda növbəti sülh razılaşması
Sinqapurda təşkil olunan Şahmat Tacı uğrunda yarış sona yaxınlaşır.
TodayPress xəbər verir ki, dünya çempionu Dinq Liren (Çin) və namizədlər turnirinin qalibi Qukeş Dommarajunun (Hindistan) mübarizəsində 13-cü partiya oynanılıb.
Tərəflər 69-cu gedişdə sülhə razılaşıblar. Sona bir tur qalmış ümumi nəticədəki heç-heçəni dəyişmək mümkün olmayıb - 6,5:6,5.
Qeyd edək ki, bu gün turnirdə sonuncu tur keçiriləcək. Qalib müəyyən olunmayacağı təqdirdə şahmatçılar tay-breykdə bacarıqlarını göstərəcəklər.
Namiq HUN
tag: Çin, Hindistan ,Qalib, Şahmat tacı, todaypress.az,