Sinqapur iki asiyalı şahmatçını bir araya gətirəcək
Dünya şahmat tacı uğrunda matç Sinqapurda keçiriləcək.
TodayPress xəbər verir ki, Çin təmsilçisi Dinq Liren və hindistanlı Dommaraju Qukeş arasında görüş Sinqapurdakı “Resorts World Sentosa”da təşkil olunacaq.
Şahmatçılar noyabrın 23-dən dekabrın 15-dək olan müddətdə tacın yeni sahibini müəyyən edəcəklər.
Qarşılaşma 14 klassik oyundan ibarət olacaq. 7,5 xal toplayan ilk şahmatçı titulu qazanacaq.
Qeyd edək ki, bu, son 138 ildə iki asiyalı şahmatçının iştirak etdiyi ilk çempionluq dueli olacaq.
Hazırkı dünya çempionu Dinq Liren Dommaraju Qukeşlə görüşdə titulunu qorumağa çalışacaq.
Namiq HUN
tag: Şahmat,Sinqapur,Dinq Liren,Dommaraju Qukeş, todaypress.az,