Sinner yaxşı beş tennisçi arasında
İdman
07.10.2024 15:40
Dünyanın bir nömrəli tennisçisi Yannik Sinner Masters seriyalı turnirlərin ilk 100 matçında qələbə sayına görə fərqlənib.
TodayPress xəbər verir ki, italiyalı raketka ustası bu göstəricidə “ilk beş” tennisçi arasında yer alıb.
Sinner Şanxayda keçirilən yarışda üçüncü raundda argentinalı Tomas Martin Etçeverriyə qalib gələrək 74-cü qələbəsini qazanıb. Yannik hazırda ilk 100 Masters matçında qələbələrin sayına görə 4 idmançıdan geri qalır.
Qeyd edək ki, bu göstəricidə ən yaxşı nəticə 83 qələbəsi olan İspaniyatennisçisi Rafael Nadala məxsusdur. İkinci yerin sahibi olan isveçli Stefan Edberqin aktivində 77 qələbə var. Kvarteti müvafiq olaraq 75 və 76 qələbə qazanan amerikalı tennisçilər Cim Kurye və Pit Sampras tamamlayır.
Namiq HUN
tag: Sinner, Şanxay ,Tomas Martin ,Cim Kurye ,Pit Sampras ,todaypress.az,