Sinner növbəti dəfə Cokoviçə qalib gəldi
İdman
18.10.2024 13:35
Dünyanın bir nömrəli italyan tennisçisi Yannik Sinner "Altı Kralın dəbilqəsi" sərgi turnirinin finalına yüksəlib.
TodayPress xəbər verir ki, apenninli raketka ustası “Böyük Dəbilqə” turnirlərinin 24 qat qalibi olan serb Novak Cokoviçi məğlub edərək Ər-Riyad turnirinini həlledici mərhələsinə çıxıb.
Tennisçilərin görüşü 2 saat 27 dəqiqə davam edib və 6:2, 6:7 (0:7), 6:4 hesabı ilə Yannik Sinnerin xeyrinə başa çatıb.
Sərgi turnirinin finalında Sinner Karlos Alkarasla yarışacaq.
Novak Cokoviç isə üçüncü yer uğrunda Rafael Nadalla görüşəcək.
Namiq HUN
tag: Böyük Dəbilqə, Novak Cokoviç, Ər-Riyad,Altı Kralın dəbilqəsi,Rafael Nadal, todaypress.az,