Sinner dopinq qalmaqalından qaça biləcək?

İdman

21.08.2024 16:35

WADA italiyalı tennisçi Yannik Sinnerin dopinq işinə baxılmasına icazə verib. 

TodayPress xəbər verir ki, Ümumdünya Antidopinq Agentliyi (WADA) bu ilin martında iki müsbət dopinq testinə görə, dünya tennisinin liderinin diskvalifikasiya edilməməsi qərarından İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etmək imkanına icazə verib.

"Digər hallarda olduğu kimi, biz bu qərarı diqqətlə nəzərdən keçirəcəyik və lazım gələrsə, CAS-a müraciət etmək hüququnu özümüzdə saxlayacağıq"  WADA-nın bəyanatında deyilir.

Qeyd edək ki, avqustun 20-də Beynəlxalq Tennis Dürüstlüyü Agentliyi (ITIA) press-reliz yayaraq Sinnerin iki dopinq testinin müsbət çıxdığını bildirib. Yannik ITIA diskvalifikasiyasından yayına bilib. Çünki nümunələr tennisçinin fizioterapevtinin barmağının kəsilməsini müalicə etmək üçün istifadə etdiyi spreylə çirklənib.

Namiq HUN

tag: WADA,Ümumdünya Antidopinq Agentliyi, Beynəlxalq Tennis Dürüstlüyü Agentliyi ,Yannik Sinner, todaypress.az,