Sinner ATP-də ilin çempionu oldu
İdman
18.11.2024 09:30
Yannik Sinner ilin yekun turnirinin qalibi olub.
TodayPress xəbər verir ki, italiyalı tennisçi finalda Amerika Birləşmiş Ştatları tennisçisi Teylor Fritslə qarşılaşıb.
Sinner rəqibini hər iki setdə 6:4 hesabı ilə məğlub edib.
Nəticədə turnirdə keçirdiyi 5 matçda qələbə qazanan italiyalı raketka ustası 5 milyon avro mükafatın sahibi olub.
Qeyd edək ki, ötən il finalda Novak Cokoviçə uduzan Yannik bu dəfə çempion olmaq şansını qaçırmayıb.
Namiq HUN
tag: Yannik Sinner, Teylor Frits, Qələbə, İtaliya, Novak Cokoviç,todaypress.az,