Sinner 20 qələbə həddinə çatdı

İdman

22.01.2025 19:00

İtaliyalı tennisçi Yannik Sinner Rojer Federer və Rafael Nadalın nailiyyətini təkrarlayıb.

TodayPress “Opta”ya istinadən xəbər verir ki, o, Avstraliya Açıq çempionatında yarımfinala yüksəlməklə göstəriciyə nail olub. 

Dünya tennisinin 23 yaşlı lideri avstraliyalı Aleks de Minauru məğlub edərək turnirdə 20-ci qalibiyyətini əldə edib. 

Nəticədə Sinner Rojer Federer və Rafael Nadaldan 2000-ci ildən bəri 24 matçda 20 qələbə qazanan üçüncü tennisçi olub. 

Namiq HUN

tag: Tennis,İtaliya,Yannik Sinner,İdman,todaypress.az,