Simonovu növbəti mükafatdan saatlar ayırır

İdman

11.04.2025 16:19

7

Xorvatiyada idman gimnastikası üzrə Dünya kuboku keçirilir.   

TodayPress xəbər verir ki, Azərbaycan millisinin üzvü Nikita Simonov halqalarla hərəkətlərdə finala yüksəlib. 

Osiyek turnirində hakimlərdən 14.333 bal alan Simonov təsnifat mərhələsini dördüncü sırada bitirib.   

Qeyd edək ki, Nikita Simonov Dünya kubokunun ümumi turnir cədvəlinə başçılıq edir.

O, Bakı mərhələsinin qalibi olub, Kottbus və Antalya turnirlərində isə gümüş medala layiq görülüb.   

Namiq HUN

tag: Nikita Simonov,Gimnast,Dünya ,Kubok,Qalib,Todaypress.az,