Simonov lider mövqeyini möhkəmlətdi
İdman gimnastı Nikita Simonov halqalarla hərəkətdə Dünya kuboku seriyasının lideridir.
TodayPress xəbər verir ki, Azərbaycan gimnastı dörd mərhələdən sonra ümumi sıralamada birinci yerdə qərarlaşıb.
Simonovun aktivində 105 xal var. Nikita Dünya kubokunun Bakı mərhələsində qazandığı qələbəyə görə hesabına 30 xal yazdırıb.
İdman gimnastı Kotbus (Almaniya), Osiyek (Xorvatiya) və Antalya (Türkiyə) turnirlərində əldə etdiyi gümüş medalların hər birinə görə isə 25 xal əldə edib.
Namiq HUN
tag: Nikita Simonov,Gimnast,Dünya ,Kubok,Qalib,Todaypress.az,