Simonov Dünya Kubokunun qalibi oldu

İdman

08.03.2025 14:45

2194

Azərbaycan gimnasti Nikita Simonov Dünya Kubokunda qızıl medal qazanıb.   

TodayPress xəbər verir ki, idmançı halqalarla hərəkət proqramında 14.233 xal toplayaraq bütün rəqiblərini qabaqlayıb. 

Dayaqlı tullanma hərəkətində mübarizə aparan Dəniz Əliyeva isə həlledici raundda 12.483 xalla 7-ci olub. 

Qeyd edək ki, final mərhələsinə martin 9-da yekun vurulacaq.

Dünya Kubokunun son günündə Azərbaycan gimnastı Murad Ağarzayev dayaqlı tullanma, İvan Tixonov isə turnik hərəkətində gücünü sınayacaq.   

Namiq HUN

tag: Nikita Simonov,Gimnast,Dünya ,Kubok,Qalib,Todaypress.az,