Simonov Dünya kubokunun finalına yüksəldi
Misirdə idman gimnastikası üzrə Dünya kubokunun sonuncu mərhələsi keçirilir.
TodayPress xəbər verir ki, Azərbaycan gimnastı Nikita Simonov halqalarla hərəkətdə Qahirə turnirinin finala yüksəlib.
O, təsnifatda 14,000 xal toplayaraq dördüncü nəticə göstərib.
Nəticədə Simonov Dünya kubokunun növbəti mükafatı uğrunda mübarizə aparmaq şansı qazanıb.
Əvvəlki mərhələlərin hamısında mükafatçılar sırasında yer alan Nikita hazırda seriyanın lideridir.
Namiq HUN
tag: Nikita Simonov,Gimnast,Dünya ,Kubok,Qalib,Todaypress.az,