Simeone yeni rekord müəyyənləşdirdi

İdman

24.11.2024 09:58

"Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone klubun sükanı arxasında 700-cü matçına çıxıb.

TodayPress xəbər verir ki, dünən İspaniya La Liqasının 14-cü turunda Madrid klubu "Alaves"i 2:1 hesabı ilə məğlub edib.

54 yaşlı Simeone La Liqa tarixində eyni komandanın baş məqçisi kimi 700 rəsmi oyun keçirən ilk mütəxəssis olub. O, 700 matçda 413 dəfə qalib gəlib, 156 dəfə heç-heçə edib və 131 dəfə məğlub olub.

Qeyd edək ki, cari mövsümdə La Liqada keçirilən 14 oyundan sonra "Atletiko" 29 xal toplayaraq turnir cədvəlində ikinci yerdədir.

tag: Atletiko Madrid,Dieqo Simeone,La Liqa,İspaniya,Madrid ,todaypress.az,