Simeone La Liqada ayın məşqçisi seçildi
La Liqada dekabr ayının ən yaxşı baş məşqçisi məlum olub.
TodayPress yarışın rəsmi saytına istinadən xəbər verir ki, bu ada “Atletiko”nu çalışdıran Dieqo Simeone layiq görülüb.
Madrid təmsilçisi onun rəhbərliyi altında cari ayda “Sevilya” (4:3), “Xetafe” (1:0) və “Barselona”nı (2:1) məğlub edib.
“Atletiko” 18 turdan sonra 41 xalla La Liqanın lideridir.
Namiq HUN
tag: La Liqa,Dieqo Simeo,Sevilya,Atletiko,todaypress.az,