Simeone “Atletiko”da qalacaq
İdman
25.11.2024 15:14
“Atletiko”nun baş məşqçisi Dieqo Simeone komanda ilə 700-cü oyununu keçirib.
TodayPress xəbər verir ki, madridlilərin argentinalı çalışdırıcısı “Alavez”lə matçdan sonra həm “Atletiko” ilə 700 oyun göstəricisinə çatması, həm də klubdakı gələcəyi ilə bağlı danışıb.
“Bu 700 oyuna görə “Atletiko”ya təşəkkür edirəm. Uzun illər əvvəl dediyim kimi, bu klubun gələcəyi var. Beləliklə... Gəlin birlikdə daha çox şeyə nail olaq!
İnsanlar həmişə məndən soruşurlar ki, qalacaqsanmı? Bəli, mən qalacağam. Və bilirsiniz niyə qalacağam? Çünki bu klubun gələcəyi hamımızındır”.
54 yaşlı mütəxəssis La Liqa tarixində 700 rəsmi oyun keçirən ilk baş məşqçidir.
“Atletiko” bu 700 oyunda 413 dəfə qalib gəlib, 156 dəfə heç-heçə edib və 131 dəfə məğlub olub.
Qeyd edək ki, Dieqo Simeone 2011-ci ilin dekabrından “Atletiko”nun baş məşqçisidir.
Namiq HUN
tag: La Liqa, Atletiko,Dieqo Simeone,Məşqçi, todaypress.az,