Şimali London derbisini “Arsenal” qazandı
Futbol üzrə İngiltərə çempionatının XXI turunun növbəti oyun günü Şimali London derbisi ilə əlamətdar olub.
TodayPress xəbər verir ki, “Emireyts” stadionunda baş tutan matçda “Arsenal” “Tottenhem”i 2:1 hesabı ilə məğlub edib.
Oyunda hesabı “Tottenhem” açıb. 25-ci dəqiqədə Son Hın Min fərqlənib. Fasiləyə qədər “topçular” iki dəfə fərqlənərək əzmkar qələbə qazanıblar. 40-cı dəqiqədə “Tottenhem”in hücumçusu Dominik Solanke avtoqola imza atıb. 44-cü dəqiqədə isə “Arsenal”ın heyətində Leandro Trossard qələbə qolunu vurub.
“Tottenhem” Premyer Liqada ardıcıl 6 matçdır “Arsenal”ı məğlub edə bilmir.
XXI turun digər görüşlərinin nəticələri:
“Everton” – “Aston Villa” - 0:1
“Lester” – “Kristal Pelas” - 0:2
“Nyukasl” – “Vulverhempton” - 3:0
Namiq HUN
tag: Arsenal ,Futbol ,Çempionat, Liqa, todaypress.az,