SİLVİNYO: “İtaliya həmişə güclüdür”

İdman

15.06.2024 12:10

1930

Albaniya yığma komandasının çalışdırıcısı Avro-2024-də İtaliya ilə oyun haqda danışıb. 

TodayPress xəbər verir ki, Balkan təmsilçisinin baş məşqçisi Silvinyo İtaliya millisi ilə qrup mərhələsinin oyunu ilə bağlı gözləntilərini bölüşüb.

“Biz burada olmaqdan şadıq. Təsnifat mərhələsi baxımından çətin yoldan keçdik, asan olmadı, amma bura gəldik. Avroda iştirak etmək böyük qürurdur. Biz çox çətin qrupa və çətin turnirə düşmüşük. Amma biz yarışmaq üçün buradayıq. Hər xal üçün mübarizə aparacağıq. Spalletti inanılmaz məşqçidir və onun inanılmaz oyunçuları var. İtaliyanın yoldaşlıq görüşlərindəki forması haqda olan danışıqlara qulaq asmıram. İtaliya həmişə güclüdür” deyə Silvinyo qeyd edib. 

Xatırladaq ki, İtaliya-Albaniya qarşılaşması Dortmunddakı “Siqnal İduna Park” stadionunda baş tutacaq. Matç bu gün saat 23:00-da start götürəcək.

Namiq HUN

tag: Albaniya, AVRO-2024, Balkan Təmsilçisi, İtaliya, todaypress.az,