Silva İspaniyada oynayacaq?
“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva komandasını tərk edə bilər.
TodayPress “Todofichajes”ə istinadən xəbər verir ki, portuqaliyalı ulduz futbolçunun La Liqada çıxış etmək imkanı var.
“Barselona” klubu Bernardo Silvanı transfer etməkdə maraqlıdır. “Transfermarkt” portalında futbolçunun bazar dəyəri 45 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, Bernardonun “şəhərlilər”lə müqaviləsi 2026-cı ilin iyul ayında başa çatacaq.
O, cari mövsüm “siti”nin heyətində meydana çıxdığı 27 oyunda 2 qol vurub və 4 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Bernardo Silva,İspaniya,Klub,Transfer,Todaypress.az,