Silva: “Bu məyusedicidir, biz qaranlıqdayıq”
İdman
07.11.2024 23:25
“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva təəccüb içindədir.
TodayPress xəbəb verir ki, o, “şəhərlilər”in ardıcıl üç matçda məğlub olmasını xatırlamadığını bildirib.
“Bu məyusedicidir, biz qaranlıqdayıq. Ardıcıl üç məğlubiyyət. Hər şey yanlış yola getdiyimizi göstərir. Yaxşı oynasaq belə, şanslarımızı dəyərləndirmirik və çox asan qol buraxırıq. Komandada olduğum müddət ərzində ardıcıl üç oyunda uduzduğumuzu xatırlamıram” Silva deyib.
Qeyd edək ki, “Mançester Siti” Liqa Kubokunda “Tottenhem”ə, Premyer Liqada “Bornmut”a, UEFA Çempionlar Liqasında isə “Sportinq”ə uduzub.
Namiq HUN
tag: Mançester Siti, Silva, Komanda, Liqa, UEFA, todaypress.az,