Sillənin cəzası 4 oyunluq diskvalifikasiya oldu

İdman

24.09.2024 16:32

“Kəpəz” və “Turan Tovuz”un futbolçuları 4 oyunluq diskvalifikasiya edilib.

TodayPress xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin növbəti iclasında qərar qəbul olunub.

AFFA Gənclər Liqasında keçirilən “Kəpəz” – “Turan Tovuz” oyunu bitdikdən sonra “Kəpəz”dən Sənan Əliyev, “Turan Tovuz”dan  isə Elcan Xəlilov təcavüzkar davranışa (rəqibi sillə ilə vurduğuna) görə qırmızı vərəqə ilə cəzalandırılıblar.

Nəticədə, AFFA İntizam Komitəsi hər iki futbolçunu 4 oyunluq diskvalifikasiya edib.

Namiq HUN

tag: Kəpəz, Turan, Tovuz ,AFFA, Liqa ,todaypress.az,