Şifan Lu 3 rekordla Olimpiya çempionu oldu
Çinli ağırlıqqaldıran Şifan Lu (59 kq) Paris Olimpiadasında 3 rekorda imza atıb.
TodayPress xəbər verir ki, 2023-cü il dünya çempionu birdənqaldırmada 107, təkanlaqaldırmada isə 134 kq çəkini ram edib. Hər iki nəticə Olimpiya Oyunlarında ilk dəfə qeydə alınıb.
Cəmdə 241 kq çəkinin öhdəsindən gələn Şifan Olimpiya çempionu tituluna sahib çıxıb.
Namiq HUN
tag: Çin, Paris, Şifan Lu,Təkanlaqaldırma, Olimpiya Oyunları, todaypress.az,