Sidorenko trek velosipedində ikinci oldu
İdman
26.10.2024 12:35
Bolqarıstanın Plovdiv şəhərində velosiped idmanı üzrə I Balkan çempionatı keçirilib.
TodayPress xəbər verir ki, Azərbaycan təmsilçisi Viktoriya Sidorenko trek velosipedinin sprint növündə uğurlu nəticə əldə edib.
İdmançımız turnirin gümüş medalını qazanıb.
Qeyd edək ki, daha əvvəl velosipedçimiz Tural İsrafilov da 10 km məsafəyə skretç yarışlarında gümüş medala sahib çıxıb.
Namiq HUN
tag: Bolqarıstan, Plovdiv, Velosiped, Azərbaycan,Viktoriya Sidorenko, todaypress.az,