Sidni Maklaflin dünya rekordu qırdı
24 yaşlı amerikalı atlet Sidni Maklaflin-Levron 400 metr məsafəyə maneələrlə qaçışda yeni dünya rekordu müəyyən edib.
TodayPress xəbər verir ki, o, Paris Olimpiadasına Amerika təsnifat turnirinin finalında 400 metrəni 50,65-yə qət edib ki, bu da tarixin ən yaxşı nəticəsidir. Bundan əvvəlki 50,68 saniyəlik dünya rekordu da Maklaflinə məxsus idi.
Qeyd edək ki, Sidni Maklaflin dünyada 400 m məsafəni maneələrlə 51 saniyədən tez qət edən yeganə atletdir. İdmançı 2020-ci il Tokio Olimpiadasında ABŞ-e komandasının tərkibində 400 metr məsafəyə maneələrlə qaçışda, həmçinin eyni məsafəyə estafet qaçışında iki qızıl medal qazanıb.
Namiq HUN
tag: Sidni Maklaflin, Paris Olimpiadası, Olimpiya Oyunları, İdman, todaypress.az,