Sevimli kompozisiya voleybolçuları sakitləşdirdi
İdman
12.08.2024 11:33
Fransalı DJ qadınlar arasında çimərlik voleybolu finalında Con Lennonun mahnısını ifa etməklə münaqişənin qarşısını alıb.
TodayPress xəbər verir ki, qadınlar arasında çimərlik voleybolu üzrə Olimpiya turnirinin finalında braziliyalı tor ustaları kanadalı həmkarlarını 2-1 hesabı ilə məğlub ediblər.
Yarışın üçüncü setində qızlar arasında münaqişə yaşanıb və buna görə hakimlər görüşü dayandırmalı olublar.
Bu zaman DJ əfsanəvi Con Lennonun “Imagine” mahnısını ifa etməklə idmançıların aqressiyasını söndürə bilib.
Voleybolçuların simasına sevinc bəxş edən kompozisiyaya tribunalar da qoşulub.
Namiq HUN
tag: Olimpiya, Con Lenno, Voleybolçu, Kompozisiya, Çimərlik Voleybolu, todaypress.az,