"Sevilya"nın futbolçusu klubdan ayrılacaq

İdman

15.05.2025 21:50

19

İspaniya təmsilçisi "Sevilya"da çıxış edən Suso cari mövsümün sonunda klubdan ayrılacaq.

TodayPress xəbər verir ki, bu barədə ispaniyalı oyunçu özü sosial şəbəkə hesabında paylaşım edib.

31 yaşlı yarımmüdafiəçi La Liqanın XXXVII turunda "Real"a qarşı matçda sonuncu dəfə "Sevilya"nın formasını geyinəcək.

Qeyd edək ki, 2020-ci ildən bu komandanın şərəfini qoruyan Suso 171 oyunda 10 qol vurub və 19 dəfə assist edib.

tag: İspaniya, Sevilya, Suso, Real, todaypress.az,