“Sevilya” klubu böhrandan çıxa bilmir

İdman

18.10.2024 15:58

2877

İspaniyanın "Sevilya" futbol klubundakı maliyyə böhranı hər ötən il artmaqda davam edir.

TodayPress xəbər verir ki, La Liqa təmsilçisi ötən il 81,7 milyon avro ziyana düşüb.

Artıq "Sevilya"nın balansındakı kapital mənfi ilə ifadə olunur. Klubun borcları 65 milyonu keçib.

Əndəlus təmsilçisi ardıcıl dördüncü maliyyə ilini itkilərlə başa vuracaq. 

Klub UEFA Avropa Liqasını qazanmasına baxmayaraq pandemiya zamanı 41,4 milyon avro ziyana düşüb. 

2022-ci ildə klubun itkisi 24,8 milyon, növbəti ildə isə 19,3 milyon avro təşkil edib. 

"Sevilya"nın son dörd il ərzində ümumi itkisi 167,2 milyona çatıb.

Namiq HUN

tag: Sevilya, İspaniya, Pandemiya, UEFA, todaypress.az,