“Sevilya” bəxtini bir daha sınayacaq
İdman
18.12.2024 17:43
“Sevilya” futbol klubunun Olavio Juninyo üçün “Qarabağ”a ödəmək istədiyi məbləğ məlum olub.
TodayPress xəbər verir ki, La Liqa təmsilçisi hücumçunun transferi üçün “köhlən atlar”a 2 milyon avroya yaxın təklif göndərib.
Bundan başqa, “Sevilya” braziliyalı forvardın hazırkı durumda bir addım atmasını da gözləyir. Onlar danışıqlarda oyunçunun istəyindən də yararlanmaq niyyətindədirlər.
Belə olacağı təqdirdə, klub Juninyo üçün növbəti təklifində məbləği yüksəltməyə çalışacaq.
Qeyd edək ki, Juninyo 2023-cü ildən “Qarabağ”ın formasını geyinir. 28 yaşlı futbolçu ötən mövsüm bütün turnirlər daxil olmaqla 31 qol vurub. Cari mövsümdə isə Olavio 11 dəfə rəqib qapılarına yol tapıb. Onun Azərbaycan çempionu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayınadək qüvvədədir.
Namiq HUN
tag: Klub, Oyunçu, Sevilya ,Qarabağ,todaypress.az,