Səudiyyə Ərəbistanının Vinisiusa marağı artır
İdman
31.08.2024 12:14
Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu “Real Madrid”in hücumçusu Vinisius Junioru yerli klublardan birinə transfer etmək istəyir.
TodayPress xəbər verir ki, 24 yaşlı hücumçuya 5 illik sözləşmə təklif edilib.
Müqavilənin əsas məqamını 1 milyard avro müqabilində 5 illik anlaşma təşkil edir.
Bundan başqa, braziliyalı hücumçuya 2029-cu ildə növbəti klubunu seçmək azadlığı veriləcək.
Bura 2034-cü il dünya çempionatı və Səudiyyə Ərəbistanı çempionatının səfiri rolu da daxildir.
Həmçinin Vinisius Junior karyerası bitdikdən sonra ölkədə yerli mövqe əldə etmək imkanı alacaq.
Braziliyalının potensial klubları “Əl-Hilal”, “Əl-İttihad” və “Əl-Nəsr”dir.
Namiq HUN
tag: Səudiyyə Ərəbistan, Dünya Çempionatı ,Braziliya, Vinisius, Karyera, todyapress.az,