Şestyorkin davada da, qapıda da qalibdir
İdman
22.01.2025 13:11
Milli Hokkey Liqasının (NHL) müntəzəm çempionatında rusiyalı qapıçı kütləvi dava ilə yanaşı, matçın ən yaxşı oyunçusu adını da qazanıb.
TodayPress xəbər verir ki, NHL-in müntəzəm çempionatında keçirilən "Reyncers" və "Ottava" komandaları arasında oyunda meydan sahiblərinin rusiyalı qapıçısı İqor Şestyorkin həm komandasına qələbə qazandırıb, həm də qalmaqalı ilə diqqət mərkəzinə düşüb.
Görüşdə "Reyncers" rəqibini 5:0 hesabı ilə darmadağın edib.
Üçüncü periodda, "Ottava"nın hücumçusu Bredi Tkaçuk İqor Şestyorkini qapıçı zonasında təxribata çəkib. Nəticədə baş verən qarşıdurma kütləvi davaya çevrilib. Şestyorkin təxribata cavab olaraq Tkaçuka cavab verməyə çalışıb, lakin amerikalı hücumçu onu yerə yıxıb.
Kütləvi davanın ardından Şestyorkin, Tkaçuk, Metyu Rempe ("Reyncers") və Şeyn Pinto ("Ottava") cəzalandırılaraq meydandan uzaqlaşdırılıb.
Qeyd edək ki, matçda 20 zərbəni dəf edən İqor Şestyorkin ardıcıl ikinci oyunda qapısını toxunulmaz saxlayıb. Bu uğuru ilə o, NHL karyerasında beşinci dəfə matçın birinci ulduzu seçilib.
Digər rusiyalı hokkeyçi Artemi Panarin isə ardıcıl dördüncü mövsümündə 20 qol səviyyəsinə çatıb. O, həmçinin mövsüm ərzində 29 məhsuldar ötürmə ilə diqqət çəkib.
Namiq HUN
tag: NHL,Milli Hokkey Liqası,Hokkey,İdman,todaypress.az,