Serxio Ramos “Monterrey” ilə anlaşdı
İspaniyalı futbolçu Serxio Ramosun "Monterrey"ə keçidi rəsmiləşib.
TodayPress xəbər verir ki, müdafiəçi Meksika klubu ilə 2025-ci ilin sonuna kimi müqavilə imzalayıb.
38 yaşlı futbolçu bu il klubların dünya çempionatının iştirakçılarından biri olacaq “Monterrey”də 93 nömrəli formanı geyinəcək. Bu onun 2014-cü ildə “Real Madrid”in heyətində Çempionlar Liqasında “Atletiko” ilə final matçının 90+3-cü dəqiqəsində qol vurmaqla komandasını məğlubiyyətdən xilas etməsinə işarədir.
Qeyd edək ki, Serxio Ramos “Sevilya” ilə müqaviləsinin müddəti başa çatandan sonra, ötən ilin iyulundan azad agent idi.
Namiq HUN
tag: İspaniya,Serxio Ramos,Monterrey,Meksika ,Çempionlar Liqası,todaypress.az,