Sərvət Çətin “Amedspor”a rəhbərlik edəcək

İdman

05.11.2024 09:48

“Fənərbağça” və “Qalatasaray” futbol klublarında çıxış etmiş Sərvət Çətinin yeni iş yeri məlum olub.

TodayPress xəbər verir ki, sabiq müdafiəçi I Liqa təmsilçisi “Amedspor”un baş məşqçisi vəzifəsində çalışacaq.

“Amedspor”un Sərvətlə anlaşması cari mövsümün sonuna qədər nəzərdə tutulub.

Qeyd edək ki, Sərvət Çətin daha əvvəl baş məşqçi kimi 2023-cü ildə “Sivasspor” klubuna rəhbərlik edib.

Namiq HUN

tag: Qalatasaray, Fənərbağça, Futbol, Sərvət Çətin, Liqa, todaypress.az,