Serji Roberto “Komo” ilə müqavilə imzaladı

İdman

24.08.2024 10:25

"Barselona"nın sabiq kapitanı Serji Robertonun "Komo"ya keçidi rəsmiləşib.

TodayPress xəbər verir ki, İtaliya A seriyası təmsilçisi yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Serji Roberto 2013-cü ildə "Barselona"nın əsas komandasında debüt edib. 32 yaşlı futbolçu bu müddət ərzində 7 dəfə La Liqanın, 2 dəfə isə Çempionlar Liqasının qalibi olub.

"Komo"nun baş məşqçisi S.Robertonun "Barselona"dakı sabiq komanda yoldaşı Sesk Fabreqasdır.

 

Namiq HUN

tag: Barselona,Serji Roberto,Komo,İtaliya ,La Liqa,Sesk Fabreqas,todaypress.az,